XudaTahir

İlin yekunları

2015-2016-cı tədris ilinin son iş günü- sona yetməkdədir. Bu gün Masallı RTŞ-də 2015-2016-cı tədris ilində buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş yığıncaq keçirildi. Və məlum oldu ki,məktəbimiz-Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbi-ən yüksək nəticə ilə tədris ilini rayonda birinci yerdə başa vurmuşdur. Bu münasibətlə ilk növbədə məktəbdə bu nəticənin əldə olunmasında xidməti olan hər kəsi (müəllim,şagird,texniki işçi) məktəb rəhbərliyi adından təbrik edir və gələcəkdə də belə uğurları təkrarlamağı arzu edirəm. Bu nəticə barədə mənim,məktəbin rəhbəri kimi,xüsusi münasibətim var və bunu məktəbdə ilin yekunlarına həsr olunmuş Pedaqoji şurada bildirmişəm.
Qayıdaq RTŞ-nin tədbirinə. Şübhəsiz burada rayon məktəblərində aparılan işin nəticələri müzakirə olundu.Qazanılan uğurlar və buraxılan səhvlər təhlil olundu.Qarşıda duran vəzifələr barədə tapşırıqlar verildi. Bu yığıncaqda aparılan müzakirələr fonunda məktəbimizdə görülən işlər barədə fikirlərimi bölüşmək istəyirəm:
Bu gün məktəbdə tədris prosesinin uğurlu təşkilinə mane olan kifayət qədər səbəblər var. Bu səbəblərə varmadan (bir anlıq onları unudaraq) pedaqoji kollektivin görməli olduğu və gördüyü işlərə qısaca nəzər salaq:
Şübhəsiz,tədris prosesinin mərkəzində MÜƏLLİM dayanır. Müəllimin sinifdə yüksək nəticəli fəaliyyətə hesablanmış iş görməsi üçün məktəb rəhbərliyinin müəllimə qarşı tələbkarlığı ilə ona göstərdiyi qayğı adekvat olmalıdır.Məktəbimizin imkanları çərçivəsində bütün işlər məhz bu adekvatlığa hesablanmışdır.
Dövlətin təhsil siyasəti təhsilalanlara ( ŞAGİRDə) yönəlib. Yəni müəllim də,məktəb binası da, işçilər də ŞAGİRDin yüksək səviyyəli vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun üçün elə etmək lazımdır ki, sinif-dərs sistemi daha maraqlı olsun. ( maddi-texniki bazanın olması vacib şərtdir) Belə olan şəraitdə şagird dərsdən yayınmaz və sinifdə maraqlı olanları öyrənməyə can atacaq. Kollektivimiz bu vəzifənin də öhdəsindən,məktəbin imkanları çərçıvəsində, layiqincə gəlməyə çalışmışdır. Bunun da nəticəsində sona çatmış tədris ilində davamiyyətlə bağlı problemimiz olmamışdır. 
Müasir məktəbdə uğurlu nəticə qazanmaq üçün VALİDEYN-nin rolu danılmazdır.Etiraf etməliyəm ki,valideynlərlə münasibətdə görüləcək işlər hələ kifayət qədərdir. Müasir təlim texnologiyalarıyla tanış olmayan valideynlərlə maarifləndirmə işləri aparmaq,onları şagirdlərə bacarıqlı köməkçi kimi formalaşdırmaq günün tələblərindəndir.
2015-2016-cı tədris ili Masallı təhsili üçün olduqca gərgin keçmişdir. Təhsil Nazirliyinin nümayəndələri bir neçə dəfə rayonda olmuş və məktəblərdə monitorinqlər keçirməklə inkişafın səviyyəsini nəzarətdə saxlamağa çalışmışlar. Sözsüz ki bu monitorinqlər rayon səviyyəsində müəyyən uğurlu nəticələrə gətirib çıxarmışdır. Onu da deyim ki, məktəbimizin kollektivi hələ 2013-2014-cü tədris ilndən başlayaraq mütəmadi olaraq IX və XI siniflərdə bu işin təşkilinə nail olmuşdur.
Müasir təhsil sistemini İKT-siz təsəvvür etmək mümkün deyil. Məktəbimizdə İKT-dən istifadə günün tələbləri səviyyəsində olmasa da rayonun əksər məktəblərindən daha yaxşı təşkil olunmuşdur. Məktəbin veb saytı (https://miyanku-mektebi.webnode.ru/) fəaliyyət göstərir.Facebook sosial şəbəkəsində məktəbin səhifəsi (https://www.facebook.com/groups/miyankumektebi/) daim yenilənir. Müəllimlərin əksəriyyətinin Facebook,Twitter və digər sosial şəbəkələrdə səhifələri və yaxud qrupları vardır. Şagirdlərimizin də böyük bir hissəsi bu xidmətlərdən yararlanır. Məktəbimizin facebook səhifəsində və digər təhsil qruplarında müəllimlərimizin hazırladığı minlərlə KSQ və BSQ yerləşdirilmişdir ki,rayon və respublikanın təhsil ictimaiyyəti bu yazılardan yararlanır.
Maraq doğuran məsələlərdən biri də məktəbdə yeni yaradılan müəllim və şagirdlərin online görüşmələridir. (distant təhsil) Belə ki,şagird istənilən vaxt tədris prosesində rastlaşdığı problemlərlə bağlı müəllimlərlə online əlaqə saxlayır.
Əlavə etsək ki, müəllimlərimiz başa çatan tədris ilində baş tutan diaqnostik qiymətləndirmədən də müvəffəqiyyətlə keçmişlər (orta nəticə 75%) əldə olunan uğurun haradan qaynaqlandığı aydın olur.
Sözsüz ki, tədris ili problemlərsiz də keçməmişdir. Bu problemləri kollektivimiz yaxşı bilir. İnşallah növbəti tədris ilində həmin məsələlərə daha çox diqqət ayırmaqla həll etməyə çalışacağıq.

 

 

 

Dövlət bayrağı

Dövlət bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç rəngli, üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir:
üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. Bütün bunlar konkret olaraq "Türk soylu, islam imanlı Azərbaycan çağdaş - müasir dünya ilə ayaqlaşsa, öz səadət və xoşbəxtliyini tapar" anlamını verir.

Dövlət gerbi

Dövlət gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 1993-cü il 19 yanvar tarixli 460 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının gerbi haqqındakı Əsasnamədə Dövlət gerbimiz belə təsvir olunur: "Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir". Burada qalxan - birlik, müdafiə, müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov - odlar yurdunun; palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə bərəkətin, bolluğun rəmzidir. Gerbdə də bayraqdakı ideyalar - dünya xalqlarına əmin-amanlıq, firavanlıq, xoşbəxtlik və səadət arzulayır. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" - fikrini verir.

Dövlət himni


Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Dövlətimizin rəmzlərinə hörmət etmək hər birimizin ən ümdə və müqəddəs vəzifələrindən biridir.

 

Məqalələr

"Miyankü dünən və bu gün" kitabından səhifələr

30/08/2015 19:39
"Miyankü dünən və bu gün" kitabından səhifələr

Miyankü məktəbinin sabiq müəllimi hazırda Bakı şəhəri 51 saylı məktəbin aparıcı pedaqoqlarından Məsumə Musayeva

23/08/2015 19:03
www.miyanku-mektebi.webnode.ru Miyankü məktəbinin sabiq müəllimi hazırda Bakı şəhəri 51 saylı məktəbin aparıcı pedaqoqlarından Məsumə Musayeva

Miyankü kitab

10/05/2013 22:59
   Kitabda bəhs edilən Masallı rayonunun füsünkar guşələrindən biri olan, Müyankü kəndi Talış dağlarının ətəyində yerləşir. Bu diyarın tarixə qarışmış səhifələrini canlandırmaq, zəhmətkeş və nurlu insanları barədə məlumat vermək kitabın əsas və başlıca məqsədi...

Məqalələr

"Miyankü dünən və bu gün" kitabından səhifələr

30/08/2015 19:39
"Miyankü dünən və bu gün" kitabından səhifələr

Miyankü məktəbinin sabiq müəllimi hazırda Bakı şəhəri 51 saylı məktəbin aparıcı pedaqoqlarından Məsumə Musayeva

23/08/2015 19:03
www.miyanku-mektebi.webnode.ru Miyankü məktəbinin sabiq müəllimi hazırda Bakı şəhəri 51 saylı məktəbin aparıcı pedaqoqlarından Məsumə Musayeva

Miyankü kitab

10/05/2013 22:59
   Kitabda bəhs edilən Masallı rayonunun füsünkar guşələrindən biri olan, Müyankü kəndi Talış dağlarının ətəyində yerləşir. Bu diyarın tarixə qarışmış səhifələrini canlandırmaq, zəhmətkeş və nurlu insanları barədə məlumat vermək kitabın əsas və başlıca məqsədi...